Azərbaycan “Formula-1” Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır. “Trend”in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildlrib: "Hazırda “Formula-1” yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".
Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində “Formula-1” Azərbaycan Qran Prisi keçiriləcək.