Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün 90 KİV nümayəndəsi akkreditasiyadan keçib

26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib.
“Trend”in məlumatına görə, ümumilikdə 150 KİV nümayəndəsi müraciət edib, onlardan 90 nəfəri qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən KİV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal da var.