“Ceyş-əl-Fəth” terrorçu koalisiyası Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi olayının məsuliyyətini üzərinə götürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə gazeta.ru-ya Belçikadakı Avropa Strateji Araşdırma və Təhlükəsizlik Mərkəzindən xəbər veriblər. Xəbərdə bildirilir ki, Mərkəz terrorçu koalisiya üzvlərinin sosial şəbəkələrdə yazışmalarını izləyərək bu qərara gəlib.
Qeyd edək ki, “Ceyş-əl-Fəth” Suriyada Əsədə qarşı vürüşan fraksiyaların koalisiyasıdır.
Xatırladaq ki, daha öncə Rusiya səfirini qətlə yetirən Mərt Altıntaşın yaşadığı yerə baxış keçirilərkən oradan “Əl-Qaidə” terror qrupuna və Fətullah Gülənə aid kitablar tapılmişdı.