Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son bəyanatına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün keçirdiyi brifinqdə Rusiya XİN sözçüsü ABŞ dövlət katibinin "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil" bəyanatına belə cavab verib: "Münaqişənin nizamlanması bəyanatlardan deyil, gördüyümüz işlərdən asılıdır".
Mariya Zaxarova onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 14-də İrəvanda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunması mümkündür.
O, toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair ayrıca görüşün keçirilməyəcəyini, münaqişənin nizamlanması yollarının toplantı çərçivəsində müzakirəsinin mümkün olduğunu söyləyib.