Oktyabrın 4-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibətilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mərhum prezident Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib. Asif Əsgərov bildirib ki, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. İcra başçısı deyib ki, hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı göz qabağındadır. hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət alıb.
Sonra tədbirdə iştirak edən təhsil işçilərinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və gül dəstələri təqdim olunub.
Qeyd edək ki, Nəsimi rayonunda 9 ali, 1 Təhsil Problemləri İnstitutu, 1 kollec, 26 orta, 1 peşə məktəbi, 2 müsiqi məktəbi, 2 xüsusi məktəb, 33 məktəbəqədər tərbiyə müəssisəsi, 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Baki-xeber.com