Tramp, Tehranın qarşıdurmaya son qoymaq qarşılığında Hörmüz boğazını açmaq təklifinə baxmayaraq, İran limanlarına qarşı sərt iqtisadi blokadanın davam etdirilməsində israrlıdır.
Axios-un verdiyi məlumata görə, Amerika lideri imtinasını İslam Respublikasına mövcud təzyiqin yüksək effektivliyi ilə izah edib. "Blokada bombardmandan daha təsirlidir. Onlar doldurulmuş donuz kimi boğulurlar. Və bu, onlar üçün daha da pis olacaq. Onların nüvə silahı olmamalıdır", - deyə dövlət başçısı bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, İranın neft infrastrukturu kritik vəziyyətdədir. Ölkənin neft anbarları və boru kəmərləri sərt sanksiyalar altında xam neft ixrac edə bilməməsi səbəbindən daşqın vəziyyətindədir. O deyib ki, Vaşinqton Tehran nüvə silahından tamamilə imtina edənə qədər blokadanı davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Tehran hərbi əməliyyatlara son qoymaq üçün Hörmüz boğazının açılmasını təklif edib. Donald Tramp isə müşavirlərinə İranın uzunmüddətli blokadasına hazırlaşmağı tapşırıb. Bildirib ki, Amerika hakimiyyəti İrana maksimum təzyiq göstərməyə davam edəcək.
SAMİRƏ