Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkov mühüm açıqlamalarla çıxış edib. Bolqarıstanlı spiker bildirib ki, "Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “prezident seçkiləri”ndən narahatıq. Bu “seçkilər” Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir."
O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır.
Mətləb