“Ermənilər ümid edirlər ki, Azərbaycana təzyiqlər olacaq və rəsmi Bakı geri çəkiləcək, ancaq bilməlidirlər ki, bu, baş tutmayacaq”. Bunu mediaya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O ermənilərin nəinki Azərbaycanın, hətta Rusiyanın da göndərdiyi ərzağı qəbul etməmə səbəblərindən söz açaraq bildirib ki, burada məsələ humanitar yardım deyil. F.Şəfiyevin sözlərinə görə, ermənilərin əsas niyyəti Laçın yoluna nəzarət etməkdir: “1992-ci ildə Şuşa və Laçını itirdikdən sonra bizim strateji baxımından vəziyyətimiz pisləşdi. Çünki ermənilər məhz Laçın vasitəsilə hərbçiləri Qarabağda yerləşdirdilər, sonra da Kəlbəcərə iki istiqamətdən hücum edib oranı da işğal etdilər. Yəni Laçın coğrafi mövqeyinə görə olduqca əhəmiyyətli bir ərazidir”.
Mətləb