Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı aparıb. “Yalvarış diplomatiyası”na sarılan N.Paşinyan bu dəfə də Gürcüstan hökümətinin başçısına “and-aman” edərək, hər şeyi danışıqlar yolu ilə qaydaya qoymağa hazır olduğunu deyib. Tərəflər Ermənistan-Azərbaycan dövlət sərhədində yaranan gərginliyi müzakirə ediblər.
Gürcüstanın Baş naziri bildirib ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün lazımi şərait yaratmağa hazırdır. Tərəflər mövcud problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıblar.
Mətləb