Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
20/05/2019 01:20
728 x 90

Medvedyev Ukraynaya neft məhsullarının ixracını qadağan etdi

img

Rusiyanın Baş naziri Dmitri Medvedyev Ukraynaya neft və neft məhsulları satışının qadağan olunduğunu deyib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Medvedyev nazirlər kabinetinin iclasında Ukraynanın Rusiyaya tətbiq etməyə başladığı sanksiyalara cavab olaraq hökumətin də sanksiya qərarı aldığını bildirib.

Ukraynadan bəzi məhsulların Rusiyaya idxalına qarşı qadağa siyahısını genişləndirdiklərini deyən Medvedyev keçən ilki qiymətlə 250 milyon dollar məbləğində maşınqayırma məhsulları, yüngül sənaye və metal emalı sahələrində istifadə edilən məhsulların qadağan olunmuş məhsullar siyahısına düşdüyünü bildirib.

Rusiyanın bəzi məhsullarının isə Ukraynaya xüsusi icazə ilə ixrac ediləcəyini bildirən Medvedyev “Ukraynayaya Rusiya neft və neft məhsullarının ixracı qadağan olundu" deyib.

Medvedyev sanksiya qərarının bir neçə gün əvvəl nazirlər kabinetində imzalandığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna bir müddət əvvəl Rusiyadan alınan dəmir yolu işlərində istifadə edilən elektron cihazlar, avtomatika və rabitə cihazı ilə vaqonlarda istifadə edilən bəzi ehtiyat hissələrini sanksiya siyahısına daxil edib.

Bundan başqa, ərzaq və içki məhsullarını qablaşdırılmasında istifadə olunan Rusiya istehsallı şüşə, tənəkə qutu və oxşar qablaşdırma məhsulları sanksiya siyahısına düşüb.

Son xəbərlər