20/05/2019 01:09
728 x 90

Nyu Yorkdakı Müqəddəs Patrik Kilsəsi Paris Notr Dammın taleyini yaşamaqdan son anda qurtuldu

img

Aprelin 17-də axşam saatlarında Nyu Yorkdakı Müqəddəs Patrik Kilsəsinə iki kanistr benzinlə daxil olmaq istəyən şəxs tutulub.

Baki-xeber.com-un xəbərinə görə, həmin şəxsi Kilsənin gözətçisi saxlayıb və tezalışan maddələrin içəri daşınmasının yasaq olduğunu bildirib. Həmin kişi oradan uzaqlaşdıqdan sonra isə gözətçi bu barədə polisi məlumatlandırıb. “Bird in Flight” qəzetinin yazdığına görə, Nyu York şəhər polis rəisinin müavini Con Miller jurnalistlərə deyib ki, 37 yaşlı həmin şəxs saxlanıb və onun işini terrorizmə qarşı mübarizə idarəsi aparır. “Onun buraya hansı məqsədlə gəldiyini demək çətindir, lakin axşam saatlarında 15 litr benzin, iki butulka yandırıcı maye ilə Kilsəyə daxil olmağa cəhd göstərməsi narahatlığa ciddi əsaslar yaradır”- o deyib. Miller əlavə edib ki, hüquq-mühafizə orqanı əməkdaşlarının suallarına saxlanan şəxs yayındırıcı cavablar verib.

Maraqlıdır ki, insident Parisdə Notr Damm Kilsəsində baş verən dəhşətli yanğından iki gün sonra baş verib.

Xəbərdə o da deyilir ki, Nyu Yorkdakı Müqəddəs Patrik Kilsəsinin inşası 1878-ci ildə başa çatıb. Eyni zamanda onun dam örtüyü də Paris Notr Dammda olduğu kimi taxtadandır.

 

Son xəbərlər