ABŞ prezidenti Donald Trampın məsləhətçisi və kürəkəni Cared Kuşner, "Əsrin anlaşması" adlandırılan Orta Şərq sülh planı, Ramazan ayından sonra açıqlanacağını bildirib.
Baki-xeber.com xəbər verir ki, Kuşner planın iyun ayından əvvəl açıqlanacağını deyib.
Ancaq Tramp administrasiyası planın detalları haqqında hələlik açıqlama vermək istəmir. Bununla yanaşı planın detallarının əvvəlcədən açıqlayacağını bildirilir.
Fələstinlilər Tramp İsrailin xeyrinə qərarlar qəbul etməsinə görə, "Əsrin anlaşması" planına çox soyuq yanaşır. Ancaq Tramp administrasiyası hələ də Fələstin prezidenti Mahmud Abbasın planı dəstəkləyəcəyinə ümid edir.
Kkeçmiş ABŞ prezidenti Barak Obama dövründə İsrail səfiri olmuş Şapiro, planın Fələstinin tələblərinin yerinə yetirilməsindən uzaq olacağını, ancaq İsrail hökuməti tərəfindən qəbul edilə biləcəyini deyib.