İordaniya kralı II Abdullah Fәlәstin vә Qüds mәsәlәsindә hәr hansı tәzyiqi qәbul etmәyәcәklәrini bəyan edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, kral Abdullah Qüds vә Fәlәstin mövzusundakı mövqelərində hər hansı dəyişikliyin olmadığını söylәyib. İordaniya kralı, paytaxtı Şərqi Qüds olan 1967-ci sərhədləri daxilində müstәqil Fələstin dövlətinin qurulmasını nәzәrdә tutan iki dövlətli həll prosesindәn başqa hər hansı bir həllin olmadığını vurğulayıb.
Kralı II Abdullah hәmçinin ölkәsinә Fәlәstin vә Qüds mәsәlәsindә edilәn hәr hansı tәzyiqi qәbul etmәyәcәklәrini söylәyib.
Kralı II Abdullah hansı məsələyə görə tәzyiqedildiyinə dair açıqlama verməsə də, yerli media ABŞ-ın “Әsrin anlaşması”nı qәbul etmәsi üçün İordaniyaya tәzyiq göstәrdiyini iddia edib.