Perunun keçmiş prezidenti Alan Qarsiyanın özünü güllələyib.
Baki-xeber.com xəbər verir ki, rüşvət qalmaqalı ilə üzləşən Qarsiya polislər evinə gəldiyi zaman tapançadan başına güllə açıb.
Ölkənin səhiyyə naziri Zulema Tomas reanimasiyada olan Qarsiyanın vəziyyətinin çox ciddi olduğunu söyləyib.
Qarsiya Braziliyanın bir inşaat şirkətindən rüşvət almaqda ittiham edilir. Onun barəsində həbs qərarı çıxarılb.