Qətər Körfəz və Avropa arasında əlaqələri pozmağa çalışan Liviyada üsyançı qüvvələrin komandiri general Xəlifə Haftarın xaricdən silahlarla təmin edilməsinin qarşısını almağa çağırıb.
Baki-xeber.com xəbər verir ki, artıq iki həftədir Liviyanın Milli Ordusu şəhərin cənub bölgəsində beynəlxalq ictimaiyyətin tanıdığı Tripoli hökumətinə qarşı silahlı qruplaşma ilə mübarizə aparır.
General Haftarı Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı dəstəkləyir. Tripolidə qərargahlanan hökuməti dəstəkləyən Qətər isə Haftara qarşı tətbiq olunan sanksiyaların icrasında israr edir. Qətər üsyançıların geri çəkilməsi üçün Haftara bağlı qüvvələrə silah embarqosu tətbiq etməyə çağırır.
Qətər xarici işlər naziri Şeyx Məhəmməd, 2017-ci ildə Qətərlə bütün əlaqələri kəsmiş Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin münaqişəyə dəstək olduqlarına deyib.
Beynəlxalq Səhiyyə Təşkilatının sözçüsü Tarık Jasareviç general Xəlifə Haftarın aprelin 4-də paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyatlarda indiyədək 14-ü dinc vətəndaşlardan olmaqla 174 nəfərin öldüyünü, 36-sı yenə dinc vətəndaşlardan olmaqla 756 adamın isə yaralandığını bildirib.
Beynəlxalq Səhiyyə Təşkilatı sosial şəbəkə üzərindən yaydığı açıqlamada xəstəxanalara əlavə cərahiyyə işçilərinin göndərildiyini qeyd edib.
Digər tərəfdən BMT-nin Humanitar İşləri üzrə Koordinasiya ofisinin məlumatına görə, Tripoli ətrafındakı qarşıdurmalar 18 min dinc sakini ev eşiyindən edib. Bunlardan 6 mininə humanitar yardım çatdırılıb. Bölgədəki nəzarət mərkəzlərində saxlanılan qaçqın və nizamsız təqribən 3 min mühacir də toqquşmalar ucbatından çarəsiz qalıb.
Xarici qüdrətlər 2011-ci ildə diktator Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsindən sonra ölkədə hökm sürən anarxiyadan narahatdır.