İsrail Hava Qüvvələri yeni hazırlanan süpersonik “Rampage” raketini ilk dəfə Suriyada istifadə edir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər veri ki, İsrail, həftəsonu Hama şəhərinin şimalındakı Masyaf bölgəsinə hücum zamanı sözügedən raketdən istifadə edib.
“Globe Post” yazarı Babak Taqvay Twitter hesabından aprelin 13-də Masyafı vuran İsrailin, Suriya ordusunun Rusiya istehsallı S-300 havada müdafiə sistemlərinə görə, “Rampage” raketlərilə İran dəstəkli qüvvələrə aid olduğu bildirilən raket zavodunu və silah anbarlarını vurub. Taqvay, F-16-lar atılan raketlərin hədəfləri dəqiq vurduğunu deyib.
“Rampage” raketi 4.7 metr uzunluğunda 570 kq ağırlıqdadır. GPS sistemi sayəsində, günün istənilən vaxtında bütün hava şəraitində istifadə edilən raket, 150 km mənzilə sahibdir. Raket 4-cü və 5-ci nəsil döyüş təyyarələrindən atılır.