İnstaqram İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkə xaricində hərbi kəşfiyyat əməliyyatlarını həyata keçirən Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin hesabını bağlayıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, 888 min İnstaqram izləyicisi olan Süleymaninin Instaqram səhifəsinə baxmaq istəyənlər, hesabın ləğv edildiyi xəbərdarlığı ilə qarşılaşırlar.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terrorçu təşkilatlar siyahısına daxil edib. İran Milli Təhlükəsizlik Yüksək Şurası isə, ABŞ-nın qərarına dərhal cavab olaraq ABŞ Hərbi Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil edib.
Aprelin 9-da isə Süleymani İnstaqram hesabından bir video paylaşaraq ABŞ-ın qərarını sərt tənqid edib.