24/04/2019 02:33
728 x 90

Güldən AKP-yə “İstanbulda seçkinin nəticəsini qəbul edin” mesajı... “Bizə edilənləri başqalarına etməyək”

img

Türkiyənin 11-ci prezidenti Abdullah Gül İstanbulda keçirilən son bələdiyyə seçkilərinin nəticələri ilə bağlı ilk dəfə açıqlama verib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Gül bu barədə OdaTV-yə açıqlama verib.

Abdullah Gül hazırki vəziyyətin üzücü olduğunu vurğulayıb. Gül "Vaxtilə bizə qarşı edilən yanlışlıqları, biz güclü olduqdan sonra başqalarına etməməyimiz lazımdır" deyib.

Rəsmi olmayan nəticələrə görə, İstanbul Bələdiyyəsinə keçirilən sədr seçkilərini qazanan Əkrəm İmamoğlu qazanıb, ancaq hələlik qalib elan olunmayıb.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. 

Son xəbərlər