24/04/2019 02:39
728 x 90

Sudanda sular durulmur, iki gün əvvəl and içən hərbi şuranın rəhbəri gözlənilmədən istefa verdi

img

Sudanda həbi çevrilişdən sonra hakimiyyəti ələ alan müdafiə naziri, eyni zamanda hərbi şuranın rəhbəri general Ömər Zeyn əl-Abidin gözlənilmədən istefa verib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, əl-Abidinin istefasından sonra general Abdülfəttah əl-Burhan hərbi şuranın rəhbərliyinə gətirilib.

General Ömər Zeyn əl-Abidin iki gün əvvəl hərbi şuranın rəhbəri kimi and içmişdi.

Aprelin 11-də hərbi çevrilişdən sonra da narazı olan kütlə etiraz aksiyalarını davam etdirir. Xalq bu dəfə ölkə idarəçiliyini ələ keçirmiş hərbçilərin istefasını tələb edir. Nümayişçilər ölkəyə ordu liderlərinin deyil, mülki hökümətin rəhbərlik etməsini istədiklərini söyləyir.

Qeyd edək ki, aprelin 11-də Sudan Ordusu təcili iclas keçirərək ölkə Prezidenti Ömər əl-Bəşir və onun köməkçilərini bütün vəzifələrdən kənarlaşdırmaq və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib. Hərbi çevriliş nəticəsində dövlət başçısı Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Sudanın beynəlxalq aeroportu bağlanıb, ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. Bir neçə aydır ki, davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs olunub.

Son xəbərlər