Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili özünün Ukrayna vətəndaşlığından məhrum edilməsini BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə müzakirə edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, özünün facebook səhifəsind yazıb. Saakaşvili həmin statusunda bildirib ki, artıq bu məqsədlə Cenevrəyə gedib. “BMT beynəlxalq müdafiə ofisinin rəhbəri ilə görüşdə mənim vəziyyətimin beynəlxalq hüquqi aspektlərini müzakirə edəcəyik”- deyə o, sosial şəbəkədəki xəbərində bildirir.
Xatırladaq ki, sentyabrın 5-də Gürcüstan Saakaşvilinin ölkəsinə ekstradisiyası ilə bağlı Ukrayna tərəfinə müraciət edib. Ukraynanın ədliyyə naziri Sergey Petuxov Kiyevin sorğu üzrə “ekstradisiya yoxlamasına” başladığını bildirib. Onu da bildirək ki, Tiflis analoji sorğu ilə Kiyevə hələ 2005-ci ildə də müraciət etmiş, lakin mənfi cavab almışdı. O zaman ekstradisiyaya maneə kimi onun Ukrayna vətəndaşlığı göstərilmişdi.