Myanma qaçqanların geri qayıtmaması üçün Banqladeşlə sərhədinə mina döşəməyə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb. Agentliyin xəbərinə görə. bu proses artıq üç gündür ki, davam etirilir. Agentliyə danışan mənbə minaların tikanlı məftillərin keçdiyi sahə boyu düzüldüyünü xəbər verib. Banqladeş rəhbərliyi isə bu barədə fotofaklar vasitəsilə xəbər tutub. Banqladeş sərhədçisi Manzurul Hassan Han isə deyib ki, çərşənbə axşamı Myanma tərəfində ardıcıl iki partlayışın şahidi olublar. Nəticədə iki uşaq yaralanıb. Sərhədçi uşaqlardan birinin ayağını itirdiyini, hər ikisinin Banqladeş xəstəxanasına çatdırıldığını xəbər verib.
Agentlik onu da bildirir ki, Banqladeş sərhədlərinin minalanması ilə bağlı rəsmi protest vermək niyyətindədir.
Xatırladaq ki, Myanmanın müsəlman rohincaların yaşadığı Rakhayn ştatında artıq günlərdir qətliam yaşanır. Yerli buddist əhali rohincaların guya Banqladeşdən gəlmiş miqrantlar olduğunu əsas gətirərək onlara qarşı əsl soyqırım aktı həyata keçirir.