ABŞ Cənubi Koreyada raketdən müdafiə sistemləri qurulmasına start verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi xəbər yayıb. Xəbərə görə, ölkənin müdafiə nazirliyilə komplekslərin Seulun 300 kilometrliyindəki “Sondju” bazasında yerləşdirilməsilə bağlı razılıq əldə olunub. Artıq komplekslərin ikisinin həmin bazada quraşdırıldığı xəbər verilir.
Müdafiə nazirliyi bu hazırlığın Pxenyanın ardıcıl raket sınaqları ilə bağlı olduğunu açıq bəyan edib.