Almaniya kansleri Angela Merkel Heydelberqdə seçki mitinqində hücuma məruz qalıb. Baki-xeber.com xəbər veri ki, baş nazirə naməlum şəxslər tərəfindən pomidor atılıb.
Merkel çıxış edərkən kütlənin arasında ona 2 pomidor atılıb. Pomidorlardan biri baş nazirin sağ ayağına, digəri isə mitinqin aparıcısına dəyib. Pomidorlu hücum nəticəsində onların və ətrafda olan digər şəxslərin paltarları çirklənib. Buna baxmayaraq, Merkel çıxışına davam edib.
Polis hücum edən şəxsləri tapa bilməyib. Onların 2 nəfər olduğu bildirilir.