Gürcüstan hökuməti eks-przident Mixeil Saakaşvilinin ekstradisiya olunması ilə bağlı Ukraynaya müraciət ünvanlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə sentyabrın 5-də Kiyevdə brifinqdə Ukrayna ədliyyə nazirinin müavini Sergey Petuxov məlumat verib. Nazir müavininin sözlərinə görə, Gürcüstanın Baş prokurorluğu vurğulayıb ki, məsələ siyasi xarakter daşıyır və Saakaşvili ölkəsində cinayət məsuliyyətinə cəlb olunacaq. Gürcüstan tərəfinin Saakaşvilinin Ukraynanın razılığı olmadan üçüncü ölkəyə verilməyəcəyinə zəmanət verdiyini deyən Petuxov Ukrayna Ədliyyə Nazirliyinin Tiflisin sözügedən sorğusunun ekstradisiya yoxlaması keçirilməsi üçün Ukrayna Baş Prokurorluğuna verilməsi barədə qərar qəbul etdiklərini bildirib.
Xatırladaq ki, Saakaşvili ölkəsində CM-nin 4 maddəsi – mənimsəmə, israf etmə, özgə əmlakını talama, vəzifə səlahiyyətlərindən sui-istifadə - üzrə təqsirli bilinir.