İstanbulun Atatürk Hava Limanında İŞİD üzvü saxlanıb.
Baki-xeber.com-un xəbərinə görə, şübhəli hərəkətlərilə diqqət çəkən şəxs saxlandıqdan sonra üzərinə baxış keçirilərkən, onun ayaqqabısının içliyindən mühüm ərazilərin xəritələri tapılıb.
Türkiyə KİV-nin xəbərinə görə, xəritələrdə İstanbulun çoxsaylı əraziləri işarələnmiş olub. Təhlükəsizlik xidmətinin əməkdaşları bildiriblər ki, iraqlı terrorçu Türkiyə haqqında məlumatları İraq və Suriyaya ötürməkdə vasitəçilik edib.
Faktla bağlı təhqiqat aparılır.