ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya görə, Pekinlə ticarət əlaqələrini kəsmək qərarına gəldiyi təqdirdə hakimiyyətdən kənarlaşdırılacaq. Baki-xeber.com xəbər verir ki, bu açıqlamanı məşhur “WikiLeaks” saytının təsisçisi Julian Assanj verib.
Onun sözlərinə görə, Şimali Koreyanın ticarətinin 90 faizi Çinlə bağlıdır. Əgər Tramp Çinlə 650 milyard ABŞ dollarına çatan ticarət əlaqələrini kəsməyə cəhd edərsə gözlənilmədən hakimiyyətdən uzaqlaşdırılacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Tramp Şimali Koreya ilə ticarət əlaqələrini davam etdirən istənilən ölkə ilə ticarət əlaqələrini kəsəcəklərini bəyan edib.