İsrail baş naziri Benyamin Netanyahu avqustun 23-də görüşdüyü Rusiya prezidenti Vladimir Putinə İranın Suriyadakı fəaliyyətilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə ərəb və İsrail mətbuatı məlumat yayıb.
Iddialara gör, Soçidə baş tutan görüşün detallarını Netanyahunu müşayiət edən, adları məxfi saxlanan İsrail rəsmiləri açıb.
Iddialara görə, Netanyahu Putinə, İran Suriyada yayılmaqda davam edəcəyi halda Əsədin sarayını vuracaqlarını deyib: "İran, Suriyadakı varlığını artırmaq üçün böyük səy göstərir. Bu vəziyyət İsrail, Orta Şərq və bütün dünya üçün bir təhdiddir. İran son dövrlərdə İraq, Yəmən və Livanda da nəzarəti ələ almağa çalışır. İŞİD-ı ortadan qaldırsaq, yaranacaq boşluğu İranın doldurma ehtimalı bizi narahat edir".
İddialara görə, sözlərinə davam edən Netanyahu, İran Suriyada güclənməkdə davam edəcəyi halda Bəşər Əsədin Suriyanın paytaxtı Dəməşqdəki sarayını vurmaqla təhdid edib.
Digər tərəfdən, İsrail tərəfi Rusiyaya, İran Suriyanın cənubunda Dera və Kuneytra bölgələrində güclənəcəyi halda ABŞ-la Rusiya arasında Qazaxıstanda əldə edilən atəşkəsi bir tərəfli pozacaqlarını bildirib.