çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Şimali Koreya atom bombasından da dəfələrlə güclü silahı sınaqdan keçirdi, bölgədə 6.3 bal gücündə zəlzələ baş verdi - YENİLƏNDİ

Image


Dünyanın qorxduğu oldu, Şimali Koreya altıncı nüvə sınağını keçirdi. Bu dəfə dünyanın ən təhlükəli silahını - hidrogen bombasını sınaqdan keçirdi. Baki-xeber.com xəbər verir ki, sınaqdan əvvəl Şimali Koreyanın KCNA agentliyi Kim Çen Inin hidrogen bombasına baxış keçirdiyinə dair xəbər yayıb.

Şimali Koreyanın dövlət mediası həmin qurğunun yeni növ hidrogen bombası olduğunu və ballistik raketə sığdığını bildirib.

Bu xəbərdən bir neçə saat sonra bölgədə gerçək zəlzələ baş verib. Sonradan məlum olub ki, Ş.Koreya İkinci Dünya Müharibəsi zamanı 135.000 nəfərin həyatına son qoyan Hiroşima atom bombasından dəfələrlə güclü hidrogen bombasını sınaqdan keçirib və nəticədə 6.3 bal gücündə zəlzələ baş verib..

Zəlzələnin ardından, Şimali Koreya hidrogen bombasını müvəffəqiyyətlə sınaqdan keçirdiyini açıqlayıb.

Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır və şəhərləri məhv etmək gücünə malikdir.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi də nüvə sınağının təxminən 6.3 bal gücündə zəlzələ yaratdığını deyib. Çin isə ilk zəlzələdən sonra bölgədə 4.6 bal gücündə ikinci zəlzələnin baş verdiyini bəyan edib.

NORSAR müstəqil seysmik araşdırma mərkəzi hesab edir ki, partlayış 120 min ton trotil partlayışına ekvivalent olub. Yəni 2016-cı ilin sentyabrında Şimali Koreyanın öz sınağından dəfələrlə güclü olub. NORSAR qrupuna əsasən bomba 1945-ci ildə Hiroşimaya atılan nüvə bombasından 8 dəfə güclüdür.

Yapon Meteorologiya Xidməti isə partlayışın əvvəlki nüvə sınaqlarından ən az on dəfə güclü olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp Pxenyanı indiyə qədər keçirdiyi ən böyük nüvə sınağına görə qınayıb və Şimali Koreyanı “rəzil ölkə” adlandırıb. Tramp bildirib ki, Şimali Koreyanın sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir: “Şimali Koreya böyük nüvə sınağı keçirib. Onların sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir”.

Tvitter səhifəsində yazdığı bir neçə mesajda ABŞ lideri Şimali Koreyanı Çin üçün böyük təhlükə adlandırıb və Pekinin problemin həll edilməsinə çalışsa da, buna az uğurla nail ola bildiyini bildirib: “Şimali Koreya rəzil bir ölkədir və problemin həllinə çalışan, lakin çox az uğur qazanan Çin üçün böyük təhlükə və təhdid təşkil edir”.

Lakin Tramp eyni zamanda, ABŞ-ın müttəfiqi olan Cənubi Koreyanı da tənbeh edərək bildirib ki, Seulun Pxenyanı razı salmaq tonunda danışıqları heç bir işə yaramır: “Cənubi Koreya görür ki, mənim onlara dediyim kimi, onların Şimali Koreyanı razı salmaq tonunda danışıqları işə yaramır, onlar yalnız bir şeyi başa düşürlər!”.

Ekspertlərin fikrincə, Tramp “Onlar yalnız bir şeydən anlayırlar” deməklə, əslində Koreyaya hərbi müdaxiləni nəzərdə tutur.

Onu da qeyd edək ki, Trampın Cənubi Koreyanı tənqid etməsi və ölkənin yeni prezidenti Mun Jaeinin Şimali Koreya ilə danışıqlar təşəbbüsü ABŞ liderinin Seulla Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster və baş iqtisadi müşavir Qeri Conun etirazlarına baxmayaraq, azad ticarətə dair sazişə son qoymağa hazırlaşdığı bir vaxta təsadüf edir. ABŞ və Cənubi Koreya arasında ticarət dövriyyəsi keçən il 112 milyard dollar təşkil edib. Lakin ABŞ-ın transaksiyalarada ticarət defisinin 27 milyard dollardan çox olması Trampın narahatlığı üçün əsas yaradıb.

İngiltərə xarici işlər naziri Boris Conson isə, hazırda hərbi müdaxilə ehtimalının yaxşı bir fikir olmayacağını vurğulayıb.

Şimali Koreyanın yeganə əsas müttəfiqi olan Çin isə Pxenyanı “beynəlxalq ictimaiyyətin geniş etirazlarını nəzərə almayaraq, yenidən nüvə sınağı keçirdiyini” bildirib.

Rusiya Şimali Koreyanın Koreya yarımadasında və bütünlüklə dünyada sülhə və təhlükəsizliyə ciddi hədə yaratdığını və nüvə sınağının ən ciddi şəkildə qınanmalı olduğunu bildirib. Moskva maraqlı tərəfləri dərhal dialoq masasına qayıtmağa çağırıb.

Cənubi Koreya isə BMT-nin sanksiyaları da daxil olmaqla, Pxenyanın bundan sonra daha da təcrid olunması məqsədilə mümkün bütün ölçülərin götürülməsinə çalışacağını bildirib.

Tramp prezident postuna əyləşdikdən sonra dəfələrlə nüvə müharibəsinin bir addımlığına gəldiyi Şimali Koreyanı Çin vasitəsilə dayandırmağa çalışıb, amma son tablo onu göstərir ki, ABŞ prezidentinin bu cəhdi uğursuz olub. Çünki Pxenyan rəhbərliyi Pekinin təzyiqlərinə baxmayaraq, nüvə texnologiyasını inkişaf etdirməkdə davam edir və həmin silahın ABŞ ərazisinə çata bilməsini qarşısına məqsəd qoyub.

Təhlilçilər də yayılan bəyanatlara ehtiyatlı yanaşmağı tövsiyə etsələr də, Şimali Koreyanın nüvə qüdrətinin gücləndiyi göz qabağındadır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ