Fransanın dünya şöhrətli Lacivərd sahilləri də meşə yanğınlarına tuş gəlib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Fransanın “l’Express” qəzeti xəbər yayıb. Xəbərə görə, meşə yanğınları Yer və Lond-le-Mor kurort şəhərləri arasındakı meşəlik ərazilərdə başlayıb. Lond-le-Mor şəhərinin meri Emmanuel Kayron yanğının çox güclü olduğunu açıqlayıb. Onun sözlərinə görə, ötən gecə ərzində 200 hektara yaxın meşə sahəsi və bir yaşayış evi yanıb.