Qazaxıstanın paytaxtı Astanada baş verən kütləvi davanın ardından ölkə ərazisində WhatsApp xidməti dayandırılıb.
Baki-xeber.com-un xəbərinə görə, sözügedən dava “Abu-Dabi Plaza” tikinti meydançasının nəzarət-buraxılış məntəqəsində başlayıb və sonradan böyüyərək kütləvi davaya çevrilib. “Kazday” informasiya portal münaqişəyə Hindistandan olan inşaat işçilərinin səbəb olduğunu yazır. Xəbərə görə, onlardan iki nəfəri ağır vəziyyətdə xəstəxanaya qaldırılıb.
“Tengrinews” agentliyi isə hadisənin ardından ölkə ərazisində “WhatsApp” xidmətində fasilə yarandığını açıqlayıb. Agentliyin xəbərinə görə, istər ölkənin informasiya və kommunikasiya nazirliyi, istərsə də WhatsApp administrasiyası olaya heç bir izah verməyib.