ABŞ-ın geoloji kəşfiyyat idarəsi Şimali Koreya ərazisində 5,6 bal gücündə yeraltı təkanlar qeydə alıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” xəbər verib. Xəbərə görə, təkanların episentri 10 dərinlikdə olub. Agentliyin məlumatına görə, analoji təkanlar Şimali Koreyada son nüvə sınaqlarının ardından da baş vermişdi. Cənubi Koreyanın “Renhan” agentliyi də 5,6 bal gücündə zəlzələ qeydə alındığını xəbər verir. Lakin bu ölkənin rəhbərliyi bunun zəlzələ deyil, Pxenyanın keçirdiyi yeni nüvə sınağı olduğu qənaətindədir.
Hələlik Pxenyan səslənən xəbərlərə reaksiya verməyib.