Almaniya hökuməti ölkə vətəndaşlarına dərman paylamağa başlayıb.
Baki-xeber.com-un “Sputnik”ə istinadən xəbərinə görə, buna səbəb Belçika ilə sərhəddə nüvə sızıntısı təhlükəsininölkədə yaratdığı narahatlıqdır. Bununla əlaqədar Almaniya hökuməti Achen bölgəsi sakinlərinə nüvə qazına qarşı yod həbi paylamağa qərar verib. Ətraf mühit üzrə mütəxəssis Markus Kremer bildirib ki, məqsəd bu həbləri paylayaraq insanları daha da çox narahat etmək deyil, amma riski düşünüb bunun qarşısını almaq lazımdır. Lakin bu, əhalinin narahatlığına səbəb olub. Vətəndaşlar dövlətin onları düşündüyü üçün şad olduqlarını bildirsələr də, ancaq dərman paylanırsa, deməli hansısa təhlükə gözlənildiyindən əndişəlidir.
Xatırladaq ki, yod həbi nüvə fəlakəti zamanı insanları trioid xərçəngindən qoruyur. Xüsusilə uşaq yaşlarında qəbul edilən yod həbləri trioid xərçəngi olma risqini azaldır.