Cənubi Koreyanın Şimali Koreyanın mümkün hücumuna dərhal cavab vermək üçün Kim Çen Ini və yaxın adamlarını öldürmək üçün xüsusi sui-qəsd timi hazırladığı iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, Şimali Koreya və ABŞ-ın ard-arda raket sınaqlarından sonra Koreya yarımadasında gərginliyin yenidən yüksəlməsi fonunda, Cənubi Koreya Kim Çen Inınə sui-qəsd təşkil etmək üçün xüsusi qrup yetişdirir.
Koreya mətbuatında yayılan və hökumət mənbələrindən sızdırıldığı bildirilən sənədə görə, Seul rəhbərliyi Şimali Koreya müharibəyə başlayacağı halda, Kim Çen In və onun yaxın adamlarını öldürmək üçün xüsusi sui-qəsd timi hazırlayır.
Cənubi Koreyanın bu strategiyası, Şimali Koreyada nüvə təsisləri də daxil olmaqla minə yaxın obyekti hədəf alır. Cənubi Koreyanın bu hədəfləri zərərsizləşdirərək, ola biləcək nüvə müharibəsinin qarşısını almağı planlaşdırdığı vurğulanır.
Müdafiə naziri tərəfindən mövzu ilə əlaqədar məlumatlandırılan Cənubi Koreya dövlət başçısı Mun Çju İn də, baş verə biləcək hücuma dərhal cavab verəcək müharibə strategiyası hazırlamaq təlimatı verdiyi bildirilir.