Rusiya Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsini doğru saymır və hazırkı situasiyada bunu təhlükəli hesab edir.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə Rusiya XİN başçısı Sergey Lavrov çıxış edib. Lavrovun amerikalı həmkarı Reks tillersonla telefon danışığı zamanı səsləndirdiyi bu fikirlər RF XİN-in rəsmi saytına yerləşdirilib. Xəbərdə bildirilir ki, tərəflər telefon görüşməsində Pxenyanın son raket buraxılışını BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin tələblərinin kobud pozuntusu adlandırıb. Lavrov isə məsələnin diplomatik həllinə çağırıb və istənilən hərbi addımdan çəkinməyin vacibliyini vurğulayıb.