ABŞ prezidenti Donald Tramp raket sınağı ilə dünyanı ayağa qaldıran Şimali Koreyanın bu hərəkətinə sərt reaksiya verib.
Baki-xeber.com xəbər verir ki, son vaxtlar Pxenyana qarşı "sülhsevər" olduqlarını söyləyən Tramp, son raket sınağından sonra Şimali Koreyaya cavab vermək üçün bütün variantların masada olduğunu deyib.
“Dünya Şimali Koreyanın son mesajını güclü və dəqiq bir şəkildə aldı. Bu rejim, qonşularını, Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlərini və beynəlxalq qaydaları saymadığı işarəsini verdi...
Təhdidedici və sabitliyi pozacaq hərəkətlər yalnız Şimali Koreya rejiminin bölgədə və digər xalqlar arasında izolyasiyasını artırır. Artıq Şimali Koreyaya cavab vermək üçün bütün variantlar masadadır" - Tramp deyib
ABŞ ordusu Şimali Koreyanın qısamənzilli 3 ballistik raket atdığını və raketlərin Yaponiyanın üzərindən keçərək dənizə düşdüyünü bildirib.