Rusiya Belarusda keçiriləcək "Zapad-2017" təlimlərinə 13 min əsgər göndərəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin açıqlama verib.
Fomin 14-20 sentyabr tarixlərində Belarusda keçiriləcək "Zapad-2017" təliminə 12,7 min əsgər və təxminən 700 ədəd hərbi texnika göndəriləcəyini deyib.
Digər tərəfdən, Fomin Belarusdakı təlimlərə qatılacaq hərbi qüvvələrin Litva, Polşa və ya Ukraynanı işğal etmək üçün istifadə ediləcəyinə dair iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.