Şimali Koreyanın sınaq məqsədilə atdığı ballistik raketlərdən birinin Yaponiyanın üzərindən keçdiyi ortaya çıxıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İngiltərəninin “Independent” qəzeti xəbər yayıb. Yaponiya mətbuatına istinad edən ingilis nəşri olayın bu ölkədə ciddi narahatlıqlara yol açdığını yazır. Belə ki, qəzetin yazdığına görə, Yapon hökuməti raketin Yaponiyanın şimalını hədəf aldığını bildirib və region əhalisini ayıq olmağa çağırıb. Atılan raketin 3 parçası isə elə Yaponiyanın yaxınlığına, bu ölkənin Hokkaido adasının sularına düşüb..
Japonya Baş naziri Shinzo Abe Japonya xalqını Şimali Koreya raketlərindən qoruyacaqlarını bildirib. Yapon Kabinetinin başçısı Suqa isə deyib ki, ölkəsi Şimali Koreyanın bu addımlarına cavab verməlidir. Suqa Şimali Koreyanın bu yöndə fəaliyyətini Japoniya üçün “bənzəri görünməmiş təhdid” adlandırıb.