Rusiyanın Amerikanın Hyuston şəhərindəki Baş Konsulluğunun binasını su basıb.
Baki-xeber.com-un xəbərinə görə, qəza Texas ştatında yaşanan “Harvi” qasırğası zamanı aramsız yağan leysan yağışları nəticəsində meydana gəlib. Bu barədə qurum özünün tvitter hesabında məlumat yayıb. Məlumatda bildirilir ki, Baş Konsulluq bazar günü vətəndaş qəbulunu ertələyib, avqustun 29-da bu barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın Texas ştatı son 12 ilin ən ağır qasırğasını yaşayıb. “New York Times” yazır ki, son məlumata görə 5 nəfər həlak olub, yüz minlərlə əhali işıqsız və susuz qalıb.