Monqolustanın “Leonardo” yük gəmisi Bosfor boğazı yaxınlığında qəzaya uğrayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN Türk telekanalı xəbər verib. Xəbərdə deyilir ki, 114 metr uğunluğunda olan gəmi İstanbul yaxınlığında avqustun 26-dan 27-nə keçən gecə sözün həqiqi mənasında ikiyə bölünüb. Hadisə zamanı gəmidə 11 nəfər ekipaj üzvü olub. Gəminin burun hissəsi çəkici vasitəsilə sahilə gətirilib, digər hissəsi isə hələ də Qara dənizdədir və onun sahilə gətirilməsi yönündə iş aparılır.
“MarineTraffic” saytı gəminin daha öncə Rusiyaya aid olduğunu və “Vitali Primakov” adlandığını yazır.