Şənbə günü Şimali koreya daha üç ballistik raketin sınağını keçirib.
Baki-xeber.com-un xəbərinə görə, sınaq zamanı raketlər Kitteren qəsəbəsindən ölkənin Kanvondo əyalətinə atılıb. Cənubi Koreya hərbçilərinin versiyasın görə, bunlar qısa mənzilli raketlər olub və Yaponiyanın iqtisadi zonası istiqamətində 250 məsafə qət edib. Tokio raket atışına dərhal reaksiya versə də, bunun ölkənin təhlükəsizliyinə hədə olmadığını bildirib. Daha sonra “Kiodo” agentliyi bunun KXDR-də keçirilən manevrlərin tərkib hissəsi olduğunu açıqlayıb.
Öz növbəsində ABŞ hərbçiləri də sözügedən raket atışının Quamı və Şimali Amerikanı təhdid etmədiyini deyib.
Xatırladaq ki, Daha öncə Kim Çen In hələlik ABŞ-ın davranışlarını müşahidə etdiyini deyib və Tramp onun bu sözlərini bəyənib. Lakin sonradan ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərə başlamasını Pxenyan hərbi konfliktə hazırlıq kimi qəbul edib.