ABŞ Silahlı Qüvvələrinə aid helikopter Yəmən sahillərində qəzaya düşüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ Mərkəzi komandanlığı məlumat yayıb. “ABŞ-ın Black Hawk helikopteri avqustun 25-də Yəmənin cənub sahillərindən 36 kilometr aralıda təlim uçuşu edərkən qəzaya düşüb” – deyə qurumun məlumatında bildirilir. Xəbərə görə, hava gəmisinin göyərtəsində olan beş nəfəri amerikan xilasediciləri xilas edib, birinin axtarışları davam edir.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri son illərdə Yəməndə “Əl-Qaidə”yə qarşı ardıcıl əməliyyatlar həyata keçirir.