NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanın NATO-nun ən böyük qonşusu statusunda olduğunu ifadə edib. Baş katib "NATO Rusiya ilə qarşıdurma istəmir ancaq Rusiya aqressiv rəftarlarıyla Avropanın təhlükəsizlik və sabitliyinə zərbə vurdu." deyib.
İtaliyanın Rimini şəhərində bir Katolik camaatının təşkil etdiyi "Rimini görüşləri" yığıncağına qatılan NATO-nun baş katibi Jens Stoltenberg Alyansın rolu və Rusiyaya yanaşması ilə bağlı bəyanat verib.
Rusiyanın Ukraynaya qarşı ortaya qoyduğu mövqeyinə toxunan Stoltenberg Rusiyanın 2014-ci ildə Krımı qeyri-qanuni şəkildə ilhaq etdiyini, İkinci Dünya müharibəsindən sonra ilk dəfə bir başqa gücün bir Avropa millətinin bir bölgəsini aldığını və Rusiyanın Şərqi Ukraynanı sabitsizləşdirməkdə davam etdiyini bildirib.
“Bu qarşıdurmada 10 min ukraynalı həyatını itirdi, bu da dramatik şəkildə Alyansın təhlükəsizlik mövqeyini dəyişdirdi. NATO Rusiya ilə əlaqələrini müdafiə və dialoq olmaqla iki müstəvidə davam etdirəcək. " deyə Baş katib vurğulayıb.
Nice, Berlin və Londakına bənzər mərhəmətsiz bir hücumun İspaniyanın Barselona şəhərində yaşandığını ifadə edən NATO baş katibi El-Qaidə və DEAŞ terror təşkilatlarının hələ hərəkətlərinə davam etdiyinə diqqəti çəkib.
Stoltenberg sözlərini belə davam etdirib: Hələ görüləsi çox işimiz var. Bu hücumlar maşın kimi aşağı texnoloji silahlarla edilir, amma dağıdıcı təsiri var. Bizi şəhərlərimizə həbs edə bilməzlər. Terroru normal bir şey kimi qəbul edə bilmərik. Radikalizm ilə evimizdə mübarizə etməyə ehtiyacımız var. Siyasi, diplomatik, iqtisadi səylərlə yanaşı DEAŞ kimi təşkilatları məğlub etmək üçün hərbi gücə də ehtiyacımız var. Polis və kəşfiyyatımızı gücləndirməliyik.
Stoltenberg NATO-nun Əfqanıstandan Orta Şərq və Şimali Afrikaya, Əgə dənizindəki immiqrant keçişləri probleminin həllinə qədər bir çox mövzuda dəstək verdiyinə işarə edərək, bu anda Liviyanın təhlükəsizlik qurumlarının yaradılmasına dəstək olduqlarını söyləyib.