Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlara gedən zəvvarlar bölgədə nadir hallardan biri ilə qarşılaşıb - yağan yağışın altında Kəbəni təvaf edib.
Baki-xeber.com bu barədə "Yeni Şafak"a istinadən xəbər verir. Xəbərdə deyilir ki, zəvvarlar yağış altında Kəbənin başına dolanmağın xoşbəxtliyini yaşayıb. Bəziləri yağan yağışı izləyərkən digərləri yağış suyunu ovcuna yığmağa çalışıb.