Rusiyanın Sudandakı səfirinin ölkənin paytaxtı Xartumdakı iqamətgahında öldüyü aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Məlumatı Rusiya XİN də təsdiqləyib. Nazirliyin informasiya departamentindən bildirilib ki, Rusiya Federasiyasının Sudandakı səfiri Mirqayas Şirinski avqustun 23-də Xartumda dünyasını dəyişib. “Ölüm faktı ilə bağlı təfərrüatlar əldə olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”- deyə XİN-in açıqlamasında deyilir.