“Washington post” qəzetinin verdiyi məlumata görə, Amerikada gözlənilən günəş tutulması, nəhayət ki, baş verib.
Bazar ertəsi milyonlarla amerikalı bir sahildən digərinədək uzanan günəş tutulmasının şahidi olub. 90 dəqiqə boyunca ayın kölgəsi Oreqondan Cənubi Karolinaya qədər bütün dağların , düzənliklərin və meşələrin üzərində iki dəfə səs sürəti ilə hərəkət edib.
Şanslı izləyicilər üçün bu mənzərə çox möhtəşəm olub. Onların sözlərinə görə, bu hadisənin şahidi olmaq hər şeyə dəyərdi. Günəş tutulması günorta saatlarında baş verib və gözləyənlər gördükləri mənzərədən heyrətə gəliblər. Günəş tutulması zamanı buludlar göyün üzünü tutub və hadisənin müşahidə olunmasına mane olub, lakin onlar birdən–birə dağılıb və tamamilə tutulan günəs görünüb.
Bir nəfər günəşin aydan kənarda qalan şüalarını görərək “qızıl üzük” deyə qışqırıb. Bu, yerində bir bənzətmə olub ,ayın ölçüsü günəşdən kiçik olduğu üçün ay günəşin tam qarşısına keçdikdə ay və günəşin bütöv görüntüsü qızıl üzüyü xatırladıb.
Bu tutulma günorta saatlarında baş verib və günorta olmasına baxmayaraq, qaranlıq təəssüratı yaradıb.
Günəş tutulmasının pik məqamı saat 02 36-da Feirfaks şəhərində müşahidə edilib. Tutulmadan əvvəl sıx, qalın buludlar günəşi pərdə kimi əhatə edib və uzaqda ildırım çaxıb.
İnsanlar bu hadisəni müşahidə etmək üçün “hadisə yerinə” qatarla, avtomobillə və piyada gəliblər. Onlar xüsusi təşkil olunmuş 60000 maşınlıq dayanacaqlarda və stadionlarda yerleşdirilib və günəşlə ayın möhtəşəm mənzərəsini xüsusi gözlüklərlə seyr ediblər.
RUFANƏ