İrəvanın Firdovsi küçəsində alış-veriş yarmarkasının, işçilərin etirazlarına və bazardan çıxmaq istəməməsinə rəğmən, sökülməsinə başlanıb.
Baki-xeber.com-un v.am-a istinadən xəbərinə görə, ticarətçilərin etirazlarının nəticəsi olaraq əraziyə polis qüvvələri cəlb edilib. Yarmarka işçilərinin hökumətin səlahiyyətli nümayəndəsi ilə görüşmək tələbi isə nəticəsiz qalıb. Ticarətçilərin və qarşıdakı binanın sakinlərinin sözlərinə görə, bazara texnika yeridilərkən heç bir xəbərdarlıq olunmayıb. Insanların bazarı əhatəyə almasına rəğmən, polis zor gücünə texnikanın söküntü işlərinə başlamasına nail olub.
Mətnə olayla bağlı saytın təqdim etdiyi videonu da əlavə edirik:
/p>