Israil Knesseti erməni genosidini tanıya bilməz.
Baki-xeber.com-un xəbərinə görə. Bu sözləri israilin ətraf mühit və Qüds irsi üzrə naziri Zeyev Elkin deyib. “İnterfaks-Ukrayna”ya açıqlamasında “qolodomor” mövzusunda sualı cavablandıran yəhudi nazir bildirib ki, ümumiyyətlə, Israil parlamentində tarixin bu kimi ağır səhifələrilə bağlı hər hansı deklarativ xarakterli qərar vermək ənənəsi yoxdur. Dediklərinə misal kimi isə o göstərib ki, ermənilərin iddia etdiyi “genosid” olayı dəfələrlə Knessetdə müzakirəyə çıxarılsa da, mövzu müzakirələrdən o tərəfə keçməyib. “Bu bizim parlament ənənələrimizə ziddir”- o bildirib.