ABŞ prezidenti Donald Tramp strateji məsələlər üzrə müşaviri Stiven Bennon vəzifədən azad etdiyi iddia edilir.
Baki-xeber.com xəbər veri ki, bu barədə ilk “New York Times” qəzeti məlumat yayıb
Qəzet Bennona yaxın mənbəyə istinadən iddia edir ki, Tramp Ağ Evin baş strateqini vəzifədən qovub. Iddialara görə, Ağ Evin baş strateqi Bennon istefa məktubunu avqustun 7-də Trampa verib.
Məlumata görə, ABŞ prezidenti Bennonun istefasını bu həftə elan etməyi planlaşdırırmış, amma Virciniya hadisələrindən sonra bu təxirə salınıb.
AP xəbər agentliyi də Ağ Evin baş strateqini vəzifədən qovulduğunu yazıb. Ancaq ABŞ hökumətindən rəsmi heç bir açıqlama verilməyib.
Trampdan bir müddət əvvəl Stiv Bennonu Milli Təhlükəsizlik Şurasından da kənarlaşdırmışdı.