Türkiyə Avrasiya İqtisadi ittifaqı ilə gömrük razılaşması imzalamaq niyyətindədir.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, bu barədə türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi İzmirdə keçirilən sərgidə bildirib.
Qeyd edək ki, 86-cı Beynəlxalq Çoxsahəli Yarmarka türkiyənin İzmir şəhərində avqustun 18-dən 27-nə kimi keçiriləcək. Nazir deyib ki, artıq Türkiyə hökumətinə Avrasiya İqtisadi ittifaqı ilə əməkdaşlıq barədə təklif verilib. Zeybəkçi bu əməkdaşlıq formatında Avropa ittifaqı ilə olan müvafiq razılaşmanın müddəalarının pozulmamasına da diqqət yetiriləcək.
Türkiyəli nazir deyib ki, ötən il Rusiya ilə Türkiyə arasında mal dövriyyəsinin həcmi 30 faiz artıb və “bu hələ başlanğıcdır”. Nazirin sözlərinə görə, Moskva ilə Ankara arasında əməkdaşlığın yeni mərhələsinə investisiya razılaşması da əlavə olunacaq.