Ukrayna 14-20 sentyabr tarixlərində keçiriləcək Rusiya-Belarus “West 2017” hərbi təlimlərilə bağlı Moskvaya xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, Ukrayna müdafiə naziri Stepan Poltorak Rusiya istilasına cavab verməyə hazır olduqlarını bəyan edib.
Müdafiə naziri Rusiya-Belarus hərbi təlimləri əsnasında Rusiya ordusunun Ukrayna torpaqlarını işğalı ehtimalının Ukrayna Silahlı Qüvvələri Baş qərargahı tərəfindən araşdırıldığını deyib. Poltorak, ''Rusiya ordusunun bütün hərəkətlərini izləyirik, mövcud olan və təlim əsnasında yarana biləcək yeni təhdidlərə lazım olsa cavab verəcəyik'' deyə bildirib.
Poltorak, Ukrayna Silahlı Qüvvələrinin işğal təhdidlərinə qarşı hazır olduğunu deyib: "Rusiya və Belarus ordularının tədbirləri, manevr olmasına baxmayaraq, təhdid də göz ardı edilməməlidir. Təlimlər potensial olaraq təhlükə təşkil edir. Çünki çox sayda hərbi personal Belarus torpaqlarındakı təlimlərin bir parçası olaraq Ukrayna sərhədinə yaxınlaşır. Ukrayna sərhədində baş verən hər şeyi Ukrayna üçün təhdid kimi görürük".
Qeyd edək ki, Rusiya və Belarusun qatılacağı “West 2017” ortaq təlimləri 14-20 sentyabr tarixləri arasında reallaşdırılacaq. İlk məlumatlara görə təlimlərə 13 min hərbçi qatılacaq.
Poltorak, təlimlərin həm Ukraynaya, həm də Rusiya ilə sərhədi olan hər hansı bir digər Avropa ölkəsinə hücuma başlamaq üçün istifadə edilə biləcəyinə inandığını deyib.